Cari ilin birinci yarısında 510 investisiya layihəsi maliyyələşdirilmışdir

Cari ilin birinci yarısında müvəkkil kredit təşkilatları vasitəsilə ümumi dəyəri 178 milyon manat olan 510 investisiya layihəsinin maliyyələşdirilməsinə 50 milyon manatadək güzəştli kredit verilib.

BBN.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev deyib.

“Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1 265 yeni iş yerinin açılmasına imkan yaradır. Güzəştli kreditlərin 68% aqrar sektorun, 32% sənaye istehsalı və emalının payına düşür. Bu kreditlərin 56% Bakı qəsəbələrinin payına, 44% isə regionların payına düşür”, – deyə nazir qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır