Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"Carlsberg Group" şirkətinin Azərbaycanda istehsalının lokallaşdırılması planları müzakirə edildi - BBN

“Carlsberg Group” şirkətinin Azərbaycanda istehsalının lokallaşdırılması planları müzakirə edildi

“Davos İqtisadi Forumu çərçivəsində “Carlsberg Group” şirkətinin Azərbaycanda istehsalının lokallaşdırılması sahəsində görülən işlər müzakirə olunub”.

BBN.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir “Carlsberg Group” şirkətinin baş icraçı direktoru Yakob Orup-Andersen ilə yeni əməkdaşlıq imkanlarını dəyərləndirib.

“Azərbaycandakı uğurlu fəaliyyəti və ölkəmizdə aparılan iqtisadi islahatların biznes mühitinə müsbət təsiri barədə danışdıq. Şirkət tərəfindən ölkəmizdə istehsalın lokallaşdırılması sahəsində görülən işləri və yeni əməkdaşlıq imkanlarını dəyərləndirdik”, – deyə M. Cabbarov qeyd edib.

Related posts

ABA-nın “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun üzvü İlham Hüseynov “Arbitration for Business Impact” adlı tədbirdə çıxış edib

Azərbaycan ilə Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə edilib

Azərbaycan bankları BƏƏ-nin “Jisr” multi-CBDC platforması ilə bağlı müzakirələr aparıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı