Çex Respublikası ilə iqtisadi-ticarət əlaqələri müzakirə edilib

İqtisadiyyat nazirinin müavini, Azərbaycan Respublikası Hökuməti ilə Çex Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın həmsədri Sahib Məmmədov Çex Respublikasının sənaye və ticarət nazirinin müavini, Komissiyanın Çex Respublikası tərəfdən həmsədri Petr Tresnak ilə görüşüb.

Görüşdə Azərbaycan-Çexiya əlaqələrinə önəm verildiyi, əməkdaşlığın inkişafında qarşılıqlı səfərlərin, aparılan müzakirələrin əhəmiyyəti vurğulanıb.

İqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsi üçün potensialı diqqətə çatdıran Sahib Məmmədov Qarışıq Komissiyanın bu baxımdan faydalı platforma olduğunu qeyd edib. Bildirilib ki, ölkələrimiz arasında ticarət, sənaye, nəqliyyat-tranzit və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar var. Bunlarla yanaşı, avtomobil sənayesi, “ağıllı şəhər”, “ağıllı kənd” layihələrində də çex şirkətləri ilə əməkdaşlıq edilə bilər.

Çex Respublikasının sənaye və ticarət nazirinin müavini Petr Tresnak ölkələrimizin qarşılıqlı faydalı əməkdaşlığını qeyd edib, əlaqələrin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə Hökumətlərarası Komissiyanın fəaliyyəti, iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi barədə müzakirələr aparılıb.

Related posts

İqtisadiyyat Nazirliyində qeyri-neft sənayesi üzrə fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Ukraynanın Azərbaycandakı səfiri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olub

Qanunvericiliyə edilən dəyişikliklər mobillik sahəsində effektiv tənzimlənmənin tətbiqinə şərait yaradır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı