Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Çin bəzi ABŞ məhsullarına tətbiq olunan gömrük vergisini azaldır

Çin bəzi ABŞ məhsullarına tətbiq olunan gömrük vergisini azaldır

Çinin Maliyyə Nazirliyi 75 milyard dollar dəyərindəki ABŞ məhsullarına tətbiq olunan gömrük tariflərini yarıya endirəcəyini açıqlayıb. Belə ki, müvafiq olaraq gömrük tarifləri 10% olan məhsullar 5%-ə və 5%-lik gömrük tarifi tətbiq olunan mallarda isə 2,5%-ə endiriləcək.

Nazirlik açıqlamasında, bu addımın Çin-ABŞ iqtisadi əlaqələrini və ticarət münasibətlərini daha da möhkəmləndirmək məqsədilə atıldığını bildirib. Digər tərəfdən isə, gömrük tariflərinə endirim edilən məhsulların arasında bir sıra tibbi dərman preparatlarının olması bu qərarın “korona” virusu ilə əlaqədar atıldığı ehtimalını göz önünə gətirir.

Məlumata görə, qərar 14 fevral tarixindən qüvvəyə minəcək.

Qeyd edək ki, .qərardan “Dow Jones” indeksi 0.74%, “S&P 500” indeksi 0.62%, “Nasdaq” indeksi isə 0.77% yüksəlib.

Related posts

BVF neft şoku ilə bağlı həyəcan təbili çalır

ABŞ qlobal tarifləri artırır – 15%-lik rüsumlar bu həftə qüvvəyə minir

“X” müharibə səbəbindən yeni qaydalar tətbiq etdi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı