Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Çin Beynəlxalq İqtisadi Əməkdaşlıq Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib - BBN

Çin Beynəlxalq İqtisadi Əməkdaşlıq Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib

Çin Beynəlxalq İqtisadi Əməkdaşlıq Assosiasiyasının nümayəndəsi Van Veyveyin rəhbərlik etdiyi nümayəndə heyəti ilə İqtisadi Zonaların İnkişafı Agentliyinin rəhbərliyi arasında noyabrın 22-də Sumqayıt Kimya Sənaye Parkında görüş keçirilib.

Qonaqlara İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye parkları, burada sahibkarlar üçün yaradılmış əlverişli biznes imkanları barədə məlumat verilib, Agentliyin təqdimatı nümayiş etdirilib.

Görüş çərçivəsində tərəflər arasında iqtisadiyyat və sənayenin müxtəlif sahələrində qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması, birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib, Çin şirkətləri sənaye zonalarında, xüsusilə də işğaldan azad edilmiş ərazilərdə yaradılan sənaye parklarında mövcud əlverişli investisiya imkanlarından yararlanmağa dəvət edilib.

Sonda qonaqlar Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkının rezidentləri “Azərbaycan Vanhong Ceramics Co.” MMC-nin Keramik plitələr və “SOCAR Polymer” MMC-nin Polipropilen (PP) və Yüksək sıxlıqlı polietilen (YSPE) istehsalı müəssisələrinin fəaliyyətləri ilə tanış olublar.

Related posts

“AzerGold” QSC-nin təsis edilməsindən 11 il ötür

AzMİ Çinin Milli Metrologiya İnstitutu ilə Anlaşma Memorandumu imzalayıb

Mərkəzi Bankın sədri Taleh Kazımov ABŞ Ticarət Palatasının nümayəndə heyəti ilə görüşüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı