Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Çin koronavirus testləri satışlarını artırıb

Çin koronavirus testləri satışlarını artırıb

2019-cu ilin sonlarında başlayan və sürətlə bütün dünya ölkələrinə yayılan koronavirus pandemiyası ilkin mərhələlərdə bütün biznes sektorlarını iflic vəziyyətə salsa da, bir müddət sonra müəyyən sektorlar bu yöndə gəlirlərini kəskin artıra biliblər.

Çinin səhiyyə sektoru da bu sektorların siyahısındadır. Sözügedən sektorun iştirakçılarından olan “Andon Health” hazırda aylıq 200 milyondan artıq koronavirus testi satışı həyata keçirir. Bununla yanaşı, şirkət tərəfindən ABŞ-a 2.1 milyard dollarlıq səhiyyə avadanlığı satılıb. Şirkətin 2021-ci il üzrə ümumi mənfəət göstəricisi 1.2 milyard yuan (189 milyon dollar) təşkil edib.

Digər bir Çin şirkəti, “Beijing Hotgen Biotech” şirkətinin 2021-ci il üzrə mənfəət göstəricisi (2.35 milyard yuan) şirkətin 2016-2020 illəri arasında qazandığı mənfəətdən 10 dəfə çoxdur.

Çinin səhiyyə ləvazimatları və texnologiyaları ixracı üzrə əsas tərəfdaşı Almaniyadır. 2021-ci ildə Almaniya Çindən 3.5 milyard dollarlıq koronavirus testləri idxal edib.

Nikkei

Related posts

ABŞ-ın qaz ehtiyatları rekord səviyyədə aşağı düşüb

Fransada inflyasiya son beş ilin ən aşağı səviyyəsinə düşüb

Aİ: Rusiyaya qarşı 20-ci sanksiya paketi tezliklə tətbiq olunaca

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı