Çin səhm bazarında kəskin geriləmə müşahidə olunur

Son dövrlərdə gündəmi zəbt edən və yüzlərlə insanın ölümünə səbəb olan “Korona” virusu dünya iqtisadiyyatına da təsirsiz ötüşməyib. Ən böyük təsir isə özünü virusun episentri olan Çin Xalq Respublikasında göstərib.

23 yanvar tarixindən bu yana ilk əməliyyat günündə “CSI 300” indeksində 9.1%-dən çox azalma müşahidə olunub. Ümumilikdə isə 2600-dən çox şirkətin səhm dəyərində 10%-dən çox geriləmə baş verib.

Çin Mərkəzi Bankı (PBOC) əks-repo əməliyyatları vasitəsilə səhm bazarına likvidliyi təmin etmək üçün 150 milyard yuan (21.7 milyard dollar) xalis gəlirlilik ilə ümumilikdə 1.2 trilyon yuan buraxmağı planlaşdırır. Həmçinin, Çinin bir sıra böyük bankları Xubei əyalətində fəaliyyət göstərən şirkətlər üçün kredit faizlərini azaldacağını açıqlayıb. Bununla belə, bu tədbirlər Çinin səhm bazarının kəskin düşüşünə mane ola bilmir. “Reuters” agentliyinin məlumatına görə, virus nəticəsində Çin səhm bazarı 420 milyard dollar itirib.

Digər tərəfdən isə, virusun ən böyük zərbə vurduğu sektor turizm sektoru olub. Ölkəyə turist axının kəskin azalması, səyahət qadağaları ölkənin turizm sektoruna bilavasitə mənfi təsir göstərib.

Related posts

Əmtəə bazarlarında qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (03.06.2024)

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı