Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Çin və İndoneziya nümayəndə heyətləri 5 saylı Bakı DOST Mərkəzində olublar - BBN

Çin və İndoneziya nümayəndə heyətləri 5 saylı Bakı DOST Mərkəzində olublar

COP29 tədbirində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Çinin İnsan Resurslarının İnkişafı Nazirliyinin Beynəlxalq əməkdaşlıq departamentinin direktor müavini Şu Rixua və İndoneziyanın Sənaye Əlaqələri və Əmək Təhlükəsizliyi İnkişafı üzrə Baş İdarəsinin katibi Surya Lukita Varmanın başçılıq etdiyi nümayəndə heyətləri 5 saylı Bakı DOST Mərkəzi ilə  tanış olublar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev son illər ölkəmizdə aparılan sosial islahatların uğurları, DOST Konsepsiyasının üstünlükləri barədə məlumat verib.  Qeyd olunub ki, DOST Mərkəzlərində sosial sahələr üzrə üzrə 160 növ xidmət “bir pəncərə”dən təqdim olunur.

Qonaqlarla görüşdə DOST Konsepsiyası və sosial sahədə e-xidmətlərə dair təqdimatlar edilib, gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Related posts

Bakıda Türk Dövlətləri Təşkilatı hökumət başçılarının görüşü keçirilir

ABA-nın “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun üzvü İlham Hüseynov “Arbitration for Business Impact” adlı tədbirdə çıxış edib

Azərbaycan ilə Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı