Çin Xalq Respublikasında beynəlxalq sərgi keçiriləcək

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Çin Xalq Respublikasının Honkonq Xüsusi İnzibati Ərazisində 10 noyabr – 12 noyabr 2017-ci il tarixlərində keçiriləcək “HKTDC Hong Kong International Wine & Spirits Fair” beynəlxalq şərab sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.

Vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı: 20 şirkət.

Müsabiqə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Kollegiyasının 2016-cı il 18 oktyabr tarixli 19 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası” əsasında 29 iyul 2017-ci il tarixində AZPROMO-da təşkil olunacaq.

Seçim meyarları:
– ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 (on) bal,
– nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 (on) bal,
– sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (2015-ci ildə ixrac etdiyi məhsullarının miqdarını göstərməklə – 5 (beş) bal).

Meyarların cəmi üzrə keçid balı minimum 20 (iyirmi) bal.

Vahid ölkə stendində iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:
ərizə;
• nümayiş olunacaq məhsulların siyahısı;
• sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar.

Sənədlər aşağıdakı ünvan üzrə 4 iyul 2017-ci il tarixinədək təqdim olunmalıdır: Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır