Çin yuanı ucuzlaşdırmağa davam edir

Çinin rəsmi valyutası olan yuan dəyərsizləşməkdə davam edir. Belə ki, son on ildə ilk dəfə ABŞ dolları/Yuan valyuta məzənnəsi 7 səviyyəsini ötüb. Çinin valyutasının bu qədər zəifləməsinə göz yummasının əsas səbəbi kimi ABŞ və Çin arasındakı “ticarət müharibəsi” göstərilir.

Çin yuanında müşahidə olunan 1.4%-lik bu azalma ABŞ prezidentinin Çindən idxal ediləcək 300 milyard dollarlıq məhsula 10%-lik vergi tətbiq etməsindən bir neçə gün sonra baş verib. Bununla da, Çin öz məhsullarının ixrac potensialını artıra bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır