Çində dünyanın ən böyük hava limanının tikintisi yekunlaşıb

Çinin paytaxtı Pekində yerləşən “Daxing” beynəlxalq hava limanının tikilişi başa çatıb. Ümumilikdə 1.4 milyon kvadrat metrlik sahəni əhatə edən “Daxing” dünyanın ən böyük hava limanı adını qazanıb.

Hava limanının layihəsinin icrasına çəkilən ümumi xərclər isə 17.5 milyard dollar (120 milyard yuan) olub. Bununla yanaşı, hava limanının yaxınlığında tikilən metro stansiyası sərnişinlərin hava limanından şəhərin mərkəzinə 20 dəqiqəyə çatmağına imkan verəcək.

“Daxing” hava limanının illik xidmət göstərəcəyi sərnişin sayının 2025-ci ilədək 72 milyon, 2040-ci ilədək isə 100 milyona çatması proqnozlaşdırılır.

Hava limanı cari ilin sentyabr ayında sərnişinlərin istifadəsinə veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır