Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Çinin büdcə gəlirləri 3 trilyon dollara yaxınlaşır - BBN

Çinin büdcə gəlirləri 3 trilyon dollara yaxınlaşır

Çinin büdcə gəlirləri 3 trilyon dollara yaxınlaşır.

BBN.az xəbər verir ki, Çində mərkəzi və yerli hakimiyyət orqanlarının büdcə gəlirləri bu ilin ilk 11 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz artıb.

Çin Maliyyə Nazirliyinin yaydığı məlumata görə, mərkəzi və yerli hakimiyyətlərin ümumi büdcə gəlirləri 2025-ci ilin yanvar–noyabr dövründə 20,05 trilyon yuan (2,85 trilyon ABŞ dolları) təşkil edib.

Bu dövrdə vergi gəlirləri 1,8 faiz artaraq 16,48 trilyon yuana (2,34 trilyon ABŞ dolları) yüksəlib, vergi xarakteri daşımayan gəlirlər isə 3,7 faiz azalaraq 3,57 trilyon yuan (510 milyard ABŞ dolları) səviyyəsində qeydə alınıb.

11 aylıq dövrdə büdcə gəlirləri illik ifadədə 0,8 faiz artsa da, büdcə xərcləri 1,4 faiz artaraq 24,85 trilyon yuana (3,53 trilyon ABŞ dolları) çatıb.

Related posts

AMB-nin departament rəhbəri: Bank sektorunda dayanıqlılığın artırılması prioritetdir – MÜSAHİBƏ

Azərbaycan Mərkəzi Bankı: Kredit reytinq agentlikləri kapital bazarlarının inkişafına təkan verəcək

Bakı Fond Birjasında “Yerli Kapital Bazarlarında Yeniliklər və Gələcək Əməkdaşlıq İmkanları” mövzusunda tədbir keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı