Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Çinin elektrikli avtomobil şirkəti satış rekordu qırıb

Çinin elektrikli avtomobil şirkəti satış rekordu qırıb

 Çinin sürətlə inkişaf edən elektromobil bazarının ən böyük iştirakçılarından olan “BYD” şirkəti avqust ayı üzrə elektriklə işləyən avtomobil satışında rekord göstəriciyə nail olub. Xi’an mərkəzli şirkət avqust ayı ərzində ümumi 61 min 409 ədəd avtomobil satıb. Bu isə, ötən ilin müvafiq ayı ilə nisbətdə 4 dəfə çoxdur. Qeyd edək ki, şirkətin iyul ayı (50492 avtomobil) üzrə göstəricisi də xeyli yüksəkdir.  

Avqust ayı üzrə göstəricilər açıqlandığı andan etibarən, şirkətin Honk Konq birjasında yerləşdirdiyi səhm qiymətlərində 5.5%-lik artım qeydə alınıb.

Qeyd edək ki, ümumilikdə Çində elektrikli avtomobil bazarı son ildə çox irəliləyib. Belə ki, Çin bazarında hər büdcəyə uyğun elektrikli avtomobil istehsalı ilə məşğul olan şirkətlərin ümumi sayı 30-u keçib. Bu şirkətlərə “BYD”, “Baidu”, “Geely” kimi nəhənglərlə yanaşı, sürətlə inkişaf edən “Nio”, “Li Auto”, “XPeng” kimi startaplar da daxildir.

Beynəlxalq investisiya bankı “HSBC”-nin proqnozlarına əsasən, Çində elektrikli avtomobil bazarının 2030-cu ilədək 360 milyard dolları ötəcəyi gözlənilir.

Related posts

Yaponiyada inflyasiya son üç ilin ən aşağı səviyyəsinə düşüb

AİB Azərbaycan və qonşu ölkələrin iştirakı ilə regional inteqrasiya layihəsini nəzərdən keçirir

Asiya bazarlarında eniş davam edir, qlobal istiqraz satışları narahatlıq yaradır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı