Çinin iqtisadi artımı zəifləyib

Dünyanın ikinci ən böyük iqtisadiyyatına malik olan Çin Xalq Respublikası son dövrlərdə iqtisadi durğunluq yaşayır.

Çinin Milli Statistika Bürosundan (NBS) yayılan məlumata əsasən, Çin iqtisadiyyatı 2018-ci ildə 6.6% artaraq 90 trilyon yuanı (13.28 trilyon dolları) keçib.

Qeyd edək ki, bu artım son 28 ildə qeydə alınmış ən aşağı göstəricidir. Belə ki, 2017-ci ildə bu rəqəm 6.9%, 2016-da 6.7%, 2015-də 6.9%, 2010-da 10.6%, 2005-də isə 11.4% olub.

Milli Statistika Bürosunun prezidenti mətbuata verdiyi açıqlamasında, ABŞ-Çin arasındakı “Ticarət Müharibəsi”-nin iqtisadiyyata təsir etdiyini bildirsə də, durğunluğun əsas səbəbi kimi Çin Mərkəzi Bankının sərt pul siyasəti olduğunu vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır