Çinin ixracı gözlənilmədən artıb

Mart ayında Çinin ixracatı gözlənilmədən artaraq son altı ayda ilk gəlirliliyini göstərib.

BBN.az xəbər verir ki, Bloomberght nəşrinin məlumatına əsasən gömrük idarəsi cümə axşamı Pekində açıqlama edib, keçən ay ixrac əvvəlki ilə nisbətən dollar ilə 14,8% artıb, idxal isə keçən ay 1,4% azalıb. Bu isə ay ərzində 88,2 milyard dollarlıq ticarət profisiti yaradıb. Bloomberg-in sorğusuna qatılan iqtisadçılar ixracın 7,1%, idxalın isə 6,4% azalacağını proqnozlaşdırmışdılar.

Son üç il ərzində artan ixrac tələbi dünyanın ikinci ən böyük iqtisadiyyatı üçün güclü təkan olub və ölkənin mənzil bazarının tənəzzülü və sıfır COVID məhdudiyyətləri nəticəsində yaranan zəif daxili xərcləri kompensasiya etməyə kömək edib.

Gömrük İdarəsinin sözçüsü Lyu Daliang Pekində jurnalistlərə bildirib ki, birinci rübdə Çinin xarici ticarəti nisbətən güclü müqavimət göstərib və il yaxşılaşma əlamətləri ilə sabit formada başlayıb.

Related posts

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 3,1 milyard dollara çatıb

Azərbaycan “2024 Korea Import Fair” sərgisində təmsil olunub

Kyrgyzstan and Kazakhstan: Strengthening Partnership in the Implementation of Modern Technologies and Development of Innovations – Photos

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı