Çinin qərarları qızıl bazarına da təsir etməkdədir

Çinin karantin qaydalarını yumşaltması ilə bağlı son qərarları neftin qiymətinin yüksəlməsi, dolların enməsi ilə yanaşı qızıl bazarına da təsir etməkdədir. 

BBN.az.zawya.com-a istinadən xəbər verir ki, Qrinviç saatı ilə 09:55-də 1 unsiyaya görə qızılın qiyməti 0.6% artıb və 1.808.89 dollara ticarət edilib. ABŞ qızıl fyuçersləri isə 0.8% artıb və 1.817.60 dollar olub. 

Analitiklər isə bildirirlər ki, qızıl risk faktoru olan aktivlər sırasına daxildir. Dolların qiymətinin enməsi ilə bağlı işarələr və adıçəkilən valyutanın təhlükəsiz aktiv rolunu itirməsi qızılın qiymətinin yenidən psixoloji həddən 1.800 dollardan yüksək olmasına gətirib çıxarıb. Bir çox analitiklər isə bu fikirdədirlər ki, qızılın qiymətində dayanıqlı artım ola bilər, bir halda ki, ABŞ Mərkəzi Bankı faiz dərəcələri (faizlər artdıqca dollar da baha satılır) ilə bağlı qərarlarını təxirə salsa.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı