Çinin sərhədləri açması neftə tələb ilə bağlı optimist ab-hava yaradıb – qiymətlər yüksəlib

Bazar ertəsi günü dünya bazarında xam neftin qiymətləri 1%-dən çox yüksəlib. Bu isə Çinin sərhədləri açmasından sonra neftə tələb ilə bağlı optimist ab-havadan dolayı baş verib və qlobal tənəzzül qorxularını azaldıb. 

BBN.az Bloomberg-ə istinadən xəbər verir ki, Brent xam neftinin qiyməti 1 barrelinə görə 1.08 dollar, yaxud 1.4% yüksəlib və 79.65 dollara çatıb. ABŞ Qərb Texas xam neftinin qiyməti isə 86 sent, yaxud 1.2% artıb və 74.63 dollara ticarət edilib. 

Qeyd edək ki, həftə sonu Çin sərhədlərini Covid-19 dalğasından bu yana, yəni son 3 ildə ilk dəfə açdı.

Related posts

İqtisadiyyat Nazirliyində qeyri-neft sənayesi üzrə fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Ukraynanın Azərbaycandakı səfiri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olub

Qanunvericiliyə edilən dəyişikliklər mobillik sahəsində effektiv tənzimlənmənin tətbiqinə şərait yaradır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı