Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Çinin tibbi maska ixracı 51 milyarda yaxınlaşır

Çinin tibbi maska ixracı 51 milyarda yaxınlaşır

Koronavirus pandemiyasının başlama nöqtəsi olan Çin Xalq Respublikası ölkədə pandemiyanın təsirinin nisbətən səngiməsi ilə tibbi ləvazimatların digər ölkələrə ixracına başlayıb. Ölkənin Gömrük Baş İdarəsi (GAC) tərəfindən dövri olaraq açıqlanan hesabatlara əsasən, Çin dünya ölkələrinə mart ayının birindən etibarən ümumilikdə 50.9 milyard tibbi maska ixrac edib.

Bununla yanaşı, Çindən xarici ölkələrə sözügedən dövrdə 81 milyondan çox tibbi qoruyucu gözlük, 216 milyon ədəd qoruyucu tibbi geyim, 26.43 milyon infrared termometr, 1.04 milyard cüt cərrahi əlcək və 72700 ədəd süni tənəffüs aparatı ixrac edilib. Tibbi ləvazimatların ixrac edildiyi əsas ölkələr ABŞ, Almaniya, Yaponiya, Fransa və İtaliya olub.

Ümumilikdə isə,  Çinin mart-aprel ayları dövründə tibbi ləvazimat ixracı 71.2 milyard yuan (10 milyard dollar) həcmində qərarlaşıb. Gündəlik ixrac göstəricisi isə əvvəlki dövrlərə nisbətdə üç dəfə çoxdur.

Related posts

Rusiyada illik inflyasiya 6%-ə çatıb

Çin Böyük Britaniya və Kanadaya birtərəfli viza güzəşti verəcək

“YouTube”un illik gəliri açıqlandı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı