Çinin xam neft idxalı kəskin azalıb

Reuters xəbər agentliyin yaÇin Xalq Respublikasının may ayına olan xam neft idxalı göstəriciləri aprel ayının göstəricilərinə nəzərən 8% azalaraq 43.73 milyon tondan 40.23 milyon tona düşüb. Bu isə, günlük 9.47 milyon barrel idxalda azalmadır.

Çinin xam neft idxalında müşahidə olunan kəskin azalmanın başlıca səbəbi kimi, İrana tətbiq edilən sanksiyalar və bunun nəticəsində Çinin İrandan xam neft idxalını azaltması göstərilir.

Çin idxaldakı bu azalmanı Səudiyyə Ərəbistanı, İraq, BƏƏ və Braziliyadan xam neft idxalını artırmaqla tarazlamağı düşünür.

Həmçinin may ayında Çinin neft məhsulları ixracında da aprel ayına nəzərən (6.17 milyon ton) 27.2%-lik azalma müşahidə olunub və 4.49 milyon ton həcmində qərarlaşıb.

Qeyd edək ki, may ayında Çinin təbii qaz və emal edilməmiş mis idxalında da gözəçarpan azalma müşahidə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır