Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Çinlə əməkdaşlıq çərçivəsində Ələtdə günəş panelləri istehsalına başlanılacaq - BBN

Çinlə əməkdaşlıq çərçivəsində Ələtdə günəş panelləri istehsalına başlanılacaq

Baş nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Çinə səfəri çərçivəsində sentyabrın 9-da Çendu şəhərində Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumu ilə Çinin yüksək texnologiyalı şirkətlərindən olan Sichuan Sunsync Photovoltaic Technology Co., Ltd. arasında günəş panelləri istehsalı müəssisəsinin yaradılması üzrə İnvestisiya Sazişi imzalanıb.

Sənədi Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov və şirkətin təsisçisi və sədri Sie Yi imzalayıb.

Sazişə əsasən, şirkət zonada 23 hektar ərazidə üç müasir istehsal müəssisəsi inşa edəcək. Burada illik 3 giqavat gücündə günəş panelləri, silisium kristalları və digər komponentlər istehsal olunacaq. Məhsulların əksər hissəsi ixrac olunacaq, həmçinin Ələt Azad İqtisadi Zonasında inşa ediləcək Günəş Elektrik Stansiyasının tikintisində də istifadə ediləcək.

Layihə Azərbaycanın bərpaolunan enerji üzrə strateji mərkəz kimi mövqeyini gücləndirməklə yanaşı, Çin şirkətlərinin zonaya marağının artmasına da şərait yaradacaq.

Qeyd edək ki, aktivləri 1,7 milyard ABŞ dolları olan Sichuan Sunsync günəş panellərinin istehsalı sahəsində qısa müddətdə qabaqcıl şirkətlərdən birinə çevrilib. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Çinə işgüzar səfəri zamanı şirkətin rəhbərini qəbul edərək müəssisənin yaradılması ilə bağlı məsələləri müzakirə etmişdi.

Related posts

“Saudi Aramco” Ras-Tannura NEZ-də fəaliyyəti bərpa edib

Böyük Britaniyada yanacaq qiymətləri son 18 ayın ən yüksək həddini keçib

Fiziki şəxslərin idxal etdiyi məhsullar üzrə idxal 30%-ə yaxın azalıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı