Beynəlxalq kommersiya mühitində ABŞ şirkətləri yüksəlməyə davam edirlər. Digər tərəfdən isə Çin mərkəzli şirkətlər siyahıda dominantlığını itiriblər. Belə ki, “FactSet” şirkətinin araşdırmaları əsasında illik olaraq tərtib edilən renkinqlərdə 2007-ci ildə ilk onluqda yer alan şirkətlərin beşi Çin mərkəzli idisə də, 2021-ci ildə isə heç bir Çinli şirkət yer almır.
Çinin ən böyük holdinqləri olan “Tencent” və “Alibaba” bazar kapitalizasiyasında kəskin geriləmə yaşayaraq renkinqdə yerlərini itiriblər. “Tencent” şirkəti bir müddət əvvəl siyahıda altıncı pilləyə qalxsa da, 40%-lik bazar kapitalizasiyasını itirdikdən sonra on birinci pilləyə düşüb.
Renkinqin ilk altı pilləsində trilyon dollarlıq şirkətlər yer alıb. Bunların beşi ABŞ mərkəzli texnologiya nəhəngləri biri isə Səudiyyə Ərəbistanı mərkəzli neft şirkəti “Saudi Aramco”dur. Renkinqdə ilk onluq isə aşağıdakı kimidir.
Şirkət | Ölkə | Bazar kapitalizasiyası (dollar) |
Apple | ABŞ | 2.78 trilyon |
Microsoft | ABŞ | 2.40 trilyon |
Alphabet | ABŞ | 1.89 trilyon |
Saudi Aramco | Səudiyyə Ərəbistanı | 1.88 trilyon |
Amazon | ABŞ | 1.69 trilyon |
Tesla | ABŞ | 903.78 milyard |
Meta (Facebook) | ABŞ | 902.32 milyard |
Nvidia | ABŞ | 692.98 milyard |
Berkshire Hathaway | ABŞ | 648.91 milyard |
TSMC | Tayvan | 556.25 milyard |