Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"Citi" neft proqnozlarını aşağı salıb - BBN

“Citi” neft proqnozlarını aşağı salıb

“Citi” neft proqnozlarını aşağı salıb.

BBN.az xəbər verir ki, “Citigroup Inc.” Brent markalı neftlə bağlı proqnozlarını aşağı saldığını açıqlayıb.

Maks Layton da daxil olmaqla təşkilatın analitikləri Yaxın Şərqdəki geosiyasi risklər səbəbindən risk mükafatının azalması səbəbindən Brent markalı neftlə bağlı proqnozlarını aşağı salıblar.

Citigroup tərəfindən edilən düzəlişlə Brent markalı neftin üç aylıq proqnozu bir barel üçün 74 dollardan 70 dollara, altı ilə on iki aylıq proqnoz isə bir barel üçün 72 dollardan 60 dollara enib.

Bununla belə, risklərin hələ də davam etdiyini qeyd edən “Citi” neft qiymətlərində böyük artım ehtimalını 10 faiz olaraq təyin edib. Əvvəlki hesablamalarda bu nisbət 20 faiz göstərilmişdi.

Related posts

Qazaxıstan Azərbaycan və Özbəkistanla “yaşıl enerji” sahəsində sazişi təsdiqləyib

SOCAR-ın Müşahidə Şurasının tərkibi dəyişdirildi

Avropa Komissiyası neft və qaz üzrə koordinasiya qruplarının fövqəladə iclaslarını keçirəcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı