“Citi”dən proqnoz: “Qızılın qiyməti 3000, neftin isə 100 dollara çata bilər”

Citi-yə əsasən yaxın 12-18 ay ərzində qızılın qiyməti hər unsiyaya görə 3000 dollar, neftin 1 barrelinin qiyməti isə 100 dollara çata bilər.

BBN.az CNBC Business-ə istinadən xəbər verir ki, Citi analitikləri qeyd edirlər ki, ABŞ Mərkəzi Bankının (FED) aqressiv alışları, staqflyasiya, qlobal tənəzzül nəticəsində sarı metalın qiyməti yuxarıda qeyd edilən dövr ərzində 50%-dən çox arta bilər.

Citi analitiklərinə əsasən FED faiz dərəcələrini 3 yox, 1% endirsə belə bu qızılın qiymətini 3000 dollara çatdıracaq. Bildirilir ki, inkişaf etməkdə olan bazarlarda de-dollarizasiya ABŞ dollarına olan inamı artırır. Hazırda qızıl alışlarına görə ilk yerləri Çin və Rusiya tutsa da, növbəti yerlər isə Hindistan, Türkiyə, Brazilyaya məxsusdur. Qeyd edək ki, hazırda sarı metalın qiyməti unsiyasına görə 2016 dollara ticarət edilir. 2023-cü ilin iyul ayından bəri isə FED-in əsas faiz dərəcələri 5.25-5.5% arasında dəyişməkdədir. Bu isə 2001-ci ilin yanvarında (dot-com partlayışı dövründə, investorlar vəsaitlərini texnologiya əsaslı şirkətlərə yatırırdılar və güman edirdilər ki, daha tez gəlirliyə nail olacaqlar) qeydə alınan ən rekord 6%-lik dərəcədən bu yana ən yüksəyi hesab edilir. Bazarın gözləntisi isə FED-in may, yaxud iyunda faiz azalmalarına gedəcəyi yönündədir.

Related posts

Unibank Mastercard kartınla iHerb-dən 30 %-lik endirim qazan!

Zədələnmiş pullar necə dəyişdirilir? – Video

Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı