CNBC: “Elon Musk-ın rəhbərliyi altındakı “Twitter” trollara qarşı acizdir”

Elon Muskın rəhbərliyi altında “Twitter” bir neçə min əməkdaşını işdən çıxarıb, bundan sonra şirkətdə sosial şəbəkədə məzmunu idarə etmək üçün praktiki olaraq heç bir mütəxəssis qalmayıb.

BBN.az CNBC Business-ə istinadən xəbər verir ki, şirkətin hazırkı və keçmiş əməkdaşları nəşrə bildiriblər ki, son aylar sosial şəbəkədə aqressiv ritorika, nifrət nitqi, seksual cinayətlərin təbliği, eləcə də daha çox siyasi təbliğat və informasiya manipulyasiyası olan paylaşımların sayı gözədəyəcək dərəcədə artıb.

Həmçinin bildirilir ki, təhlükəsizlik vasitələri yaradan komandanın üzvləri şirkətdən qovulub.

Related posts

Albaniya hakimiyyəti ölkədə “TikTok” platformasını bağlayacaq

TikTok qadağaların dayandırmaq üçün ABŞ Ali Məhkəməsinə müraciət edib

Azərbaycan ötən ay mobil internetin sürətinə görə 2 pillə geriləyib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı