COP29-un baş icraçı direktoru Avropa İttifaqının Azərbaycandakı səfiri ilə görüşüb

Energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov Avropa İttifaqının Azərbaycan Respublikasındakı səfiri Peter Mixalko ilə görüşüb.

Görüşdə COP29 çərçivəsində Avropa İttifaqı ilə tərəfdaşlıq və Aİ ilə ümumi əməkdaşlıq kimi məsələlər müzakirə edilib.

Aİ tərəfinə danışıqlar prosesi və fəaliyyət gündəliyi haqqında məlumat verilib, Bonn şəhərində keçirilən İqlim Konfransının nəticələri müzakirə edilib və danışıqların uğurla həyata keçirilməsində bütün tərəflər kimi Aİ-nin də konstruktiv mövqeyinin əhəmiyyəti vurğulanıb.

Səfir qlobal iqlim dəyişikliyi ilə mübarizədə əsas oyunçulardan biri kimi COP29-a ev sahibliyi edən Azərbaycanın bu konfransda ən yaxşı nəticələrə nail olacağına ümid edildiyini bildirib. COP məqsədlərinin səmərəli həyata keçirilməsi üçün cari il ərzində COP29-la bağlı tədbirlərin təşkilinə dair müzakirələr aparılıb.

Related posts

Taxıl sahələrinin 85 faizində biçin başa çatıb

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

İsraillə iqtisadi əlaqələr müzakirə olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı