“CzechTrade” ilə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov “CzechTrade”in Bakı ofisinin rəhbəri Antonin Marciki ilə görüşüb.

Çexiyanın Azərbaycandakı səfiri Milan Sedlaçekinin iştirakı ilə keçirilən görüşdə nazir müavini ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün imkanları və bu sahədə özəl sektorun rolunu artırmağın əhəmiyyətini vurğulayıb, biznes dairələri arasında əməkdaşlığın inkişafı baxımından “CzechTrade”in Bakı ofisinin əlverişli platforma olduğunu qeyd edib.

“CzechTrade”in Bakı ofisinin rəhbəri Antonin Marcik bildirib ki, bir sıra sahələrdə, o cümlədən avtomobil və qida sənayesi sferasında fəaliyyət göstərən Çexiya müəssisələri Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır və bu istiqamətdə “CzechTrade” səylərini daha da artıracaqdır.

Görüşdə iqtisadi əlaqələrin genişləndirilməsi, yeni əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı