“DəmirBank” tender elan edib

“DəmirBank” ASC 2017-cı ildə qeyd edilən xidmətlərin göstərilməsi məqsədilə tender elan edir:

– Lot 23. Virtual infrastruktur üçün lisenziyalarının alınması.
– Lot 24. Məlumatların arxivləşdirilməsi üçün avadanlığın alınması.

İştirakçılar tenderdə iştirak etmək üçün 28 sentyabr 2017-ci il saat 18:00-dək tenderdə iştirak etmək üçün ərizəni; xidmətin göstərilməsi üzrə lisenziya və ya sertifikatların surətlərini (tələb olunduqda); tender təklifini (əlavə edilmiş spesifikasiyaya uyğun təqdim olunmalıdır); tender təklifini xidmət müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd; iddiaçının son bir il ərzində maliyyə vəziyyəti barədə (əgər daha az müddət fəaliyyət göstərirsə, həmin fəaliyyət dövrü haqqında) bank tərəfindən balans göstəricilərinə əsasən verilmiş arayışı (bu sənəddə iddiaçının maliyyə vəsaitlərindən istifadə etmək imkanını təsdiq edən məlumatlar olmalıdır); iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) surətlərini; iddiaçı fiziki şəxs olarsa fəaliyyətini əks etdirən sənədlərini (lisenziya, VÖEN, Şəxsiyyət vəsiqəsi və s.) surətləri; Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayışı poçt vasitəsi ilə və ya şəxsən təqdim etməlidirlər.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır