Dələduzluq vasitəsilə gündəlik 4 milyondan çox vəsait ələ keçirilib

Böyük Britaniyada dələduzluq hallarının dinamikasında kəskin artım baş verib. Belə ki, Böyük Britaniyanın əsas maliyyə qurumlarından olan “UK Finance” tərəfindən aparılan araşdırmaya görə, gündəlik olaraq 4 milyon funt sterlinq dələduzluq hadisələri nəticəsində ələ keçirilir.

Əsasən bank xidmətlərinin gənc istifadəçilərindən müxtəlif yollar ilə şəxsi məlumatların ələ keçirilməsi nəticəsində həyata keçirilən bu dələduzluq halları ölkənin maliyyə qurumları tərəfindən yaxından izlənilir.

Ümumilikdə isə, cari ilin ilk yarısında Böyük Britaniyada dələduzluq ilə ələ keçirilən vəsaitin məbləği 754 milyon funt sterlinq məbləğində qərarlaşıb. Bu isə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 30% çoxdur. Bu məbləğin təqribi 70%-ini onlayn platformalar üzərindən həyata keçirilən “fraud” əməliyyatları təşkil edib.

Related posts

atb card debit kartlarının xidmət haqları üzrə tariflərdə yenilənmə

Yelo Bank-dan 12 ay güzəşt müddətli biznes krediti

Xarici valyutaların Azərbaycan manatına qarşı rəsmi məzənnələri – SİYAHI

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı