Daha 26 dövlət əmlakı özəlləşdirilib

Əmlak Məsələləri Dövlət Komitəsi 13 dekabr tarixində dövlət mülkiyyətində olan əmlakların özəlləşdirilməsi üzrə növbəti hərrac keçirib. Hərracda ümumilikdə 26 dövlət əmlakı olmaqla, 7 kiçik dövlət müəssisə və obyekti, 7 istifadəsiz qeyri-yaşayış sahəsi və 11 nəqliyyat vasitəsi və 1 yarımçıq tikili özəlləşdirilib. Bu dəfəki özəlləşdirmədən dövlət büdcəsinə 4,3 milyon manat vəsaitin köçürülməsi təmin ediləcəkdir.

Hərracda özəlləşdirilmiş kiçik dövlət müəssisələrinin 1-i Bakıda, 3-ü Gəncədə, 2-si Şəkidə, 1-i Zaqatalada, qeyri-yaşayış sahələrinin 2-si paytaxtda, 2-si Sumqayıtda, 2-si Göyçayda, 1-i Ağdaşda, 1 yarımçıq tikili isə Füzulidə yerləşir. Hərracda paytaxtın Səbail rayonunda yerləşən 59 saylı mağaza 60 min manata, Gəncə şəhərində yerləşən 65 saylı və 39 saylı mağazalar müvafiq olaraq 55 min və 40 min manata özəlləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır