Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Daha 4 istiqamət üzrə “Biletim.az” portalından onlayn bilet almaq mümkün oldu - BBN

Daha 4 istiqamət üzrə “Biletim.az” portalından onlayn bilet almaq mümkün oldu

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) xidmətlərinin elektronlaşdırılması, bu sahədə rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində aparılan işlər çərçivəsində “biletim.az” portalına daha 4 istiqamət əlavə edilib.

Artıq sərnişinlər paytaxt Bakıdan Balakən, Gədəbəy, Oğuz və Horadizə, eləcə də əks istiqamətə hərəkət edən avtobuslara onlayn bilet ala biləcəklər.

Sistemdə ilkin mərhələdə Bakıdan Gəncə, Qazax, Bərdə, Mingəçevir, Göyçay, Şəki, Zaqatala, Qax, Quba, Qusar, Xudat, Astara və Lənkəran olmaqla 13 marşrut üzrə avtobuslara bilet əldə etmək mümkün idi. Portala daxil edilən istiqamətlərin sayı hazırda 17-yə çatıb.

Onlayn bilet sistemi sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları mərhələli şəkildə əhatə edəcək.

Qeyd edək ki, portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir.

Bilet əldə etmək üçün sərnişinlər “biletim.az” saytına daxil olmalı və qeydiyyatdan keçməlidirlər. Mobil cihazlar üçün “Biletim” mobil tətbiqini “App Store” və “Google Play”dan yükləmək mümkündür.

Related posts

Azərbaycan və Belarus turizm sahəsində əməkdaşlığı gücləndirir

“Azerconnect Group” “mygov” platformasına qoşulub

SOCAR-ın ABŞ şirkətləri ilə birgə həyata keçirdiyi layihələr barədə fikir mübadiləsi aparılıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı