Daha 5 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daha 5 KOB subyektinə “Startap” şəhadətnaməsi verib. BBN.az Agentliyə istinadən xəbər verir ki, bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 91-ə çatıb.

“Startap” şəhadətnamələri “Blink-Bİ” MMC-nin “Blink Business İntelligence” Müəssisə Resurslarının Planlaşdırılması üzrə proqram təminatı, “ND Opinions” MMC-nin “Autoreport” 2-ci əl avtomobillər üçün məlumat bazası, “Frisaga” MMC-nin turizm və səyahət sahəsində xidmətlər təklif edənlər üçün onlayn platforması, “BlackOne” MMC-nin məhsul və xidmətlər üçün onlayn platforması və “BJ Technology” MMC-nin laboratoriyada istifadə edilən “HPLC” kolonlarının istehsalı və satışı layihələri üçün təqdim edilib.

Şəhadətnamə KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı