Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Daha 60 peşə və kvalifikasiya standartı təsdiqləndi - BBN

Daha 60 peşə və kvalifikasiya standartı təsdiqləndi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əmək bazarında prioritet peşələr üzrə peşə və kvalifikasiya standartlarının hazırlanması işləri davam edir. Son vaxtlarda İKT, emal sənayesi, ictimai iaşə, tikinti və s. sahələr üzrə daha 60 peşə və kvalifikasiya  standartı hazırlanıb. Nazirlikdə keçirilən Kollegiya iclasında belə deyilib.

Qeyd edilib ki, peşə və kvalifikasiya standartları peşə-ixtisas təhsilinin əmək bazarının tələblərinə, işçi qüvvəsinin beynəlxalq standartlara uyğunlaşdırılmasına xidmət edir. Son illərdə artıq 360-dək standart hazırlanaraq təsdiqlənib, ilin sonuna qədər bu göstəricinin 1000-ə çatdırılması nəzərdə tutulur.

Həmçinin “Radiasiya təhlükəsizliyi məsələləri üzrə əməyin mühafizəsi Qaydaları”, eləcə də “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın yeni layihələri hazırlanıb.

İclasda yeni standartlar təsdiq edilib, layihələr müzakirə olunub.

Related posts

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Yelo Bank-da ilk “Yelo İnvestisiya Paneli” keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı