Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Daha bir qrup əlilliyi olan şəxsə kiçik bizneslərini qurmaları üçün aktivlər verildi - BBN

Daha bir qrup əlilliyi olan şəxsə kiçik bizneslərini qurmaları üçün aktivlər verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının birgə icra etdiyi  “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi çərçivəsində əlilliyi olan şəxslər üçün kiçik bizneslərin qurulması işləri davam edir.

Layihə əsasında Zaqatalada rayonunda da bu kateqoriyadan olan bir qrup əlilliyi olan şəxsə arıçılıq üzrə kiçik bizneslərini yaratmaları üçün aktivlər (arı ailələri, zəruri ləvazimatlar) təqdim edilib.

Bundan əvvəl isə layihə çərçivəsində Şəmkir rayonunda əlilliyi olan şəxslərə aktivlər verilib. 
Ümumilikdə layihə pilot olaraq müəyyən edilmiş 12 şəhər və rayonda 500 nəfər əlilliyi olan şəxsin kiçik biznesə çıxışına şərait yaradılmasını nəzərdə tutur.

Related posts

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Yelo Bank-da ilk “Yelo İnvestisiya Paneli” keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı