Home » “Dailysabah”: “Azərbaycan və Türkiyə: Qlobal böhranlarda birgə irəliləyiş”

“Dailysabah”: “Azərbaycan və Türkiyə: Qlobal böhranlarda birgə irəliləyiş”

by ulviyya
0 rəy 1 baxış 1 dəqiqə oxuma

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri Ayaz Müseyibovun Türkiyənin tanınmış www.dailysabah.com  qəzetində məqaləsi dərc olunub. “Azərbaycan və Türkiyə: Qlobal böhranlarda birgə irəliləyiş” (Azerbaijan and Türkiye: Leading through unity in global crises) başlıqlı məqalədə Prezident İlham Əliyevin iyunun 10-da Türkiyəyə işgüzar səfəri və Prezident Rəcəb Tayyib Ərdoğanla Ankaradakı görüşü şərh edilib.

Məqalədə liderlərin görüşü qlobal böhranlar fonunda əhəmiyyətli hadisə kimi qiymətləndirilir, Azərbaycan və Türkiyə arasındakı əməkdaşlığın dünyanın mövcud münaqişələrinin həllinə müsbət təsir göstərdiyi vurğulanır. Bildirilir ki, Türkiyə son 20 ildə Avrasiyada böyük regional və beynəlxalq aktor kimi tanınır. Azərbaycan isə son illərdə, xüsusilə ərazi bütövlüyünü bərpa etdikdən sonra yeni regional güc kimi meydana çıxıb. Məqalədə Prezidentlərin Ankara görüşünün  enerji, nəqliyyat, ticarət, iqtisadiyyat və digər geniş spektrli sahələrdə əməkdaşlığın artırılması, xüsusilə iqtisadi dəhlizlərin genişləndirilməsi baxımından vacibliyi vurğulanır.

Ayaz Müseyibov qeyd edib ki, Azərbaycan və Türkiyə arasında dostluq və strateji müttəfiqlik regional sabitlik və inkişaf üçün böyük əhəmiyyət kəsb edir. İki ölkənin əməkdaşlığı, regional və qlobal təşkilatlarda koordinasiyalı səyləri və qarşılıqlı dəstəkləri ilə mühüm nəticələr əldə edilib. Məqalədə Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP), Trans-Adriatik Boru Kəməri (TAP) kimi birgə meqalayihələr, 15 milyard ABŞ dolları həcmində ticarət dövriyyəsinə çatmaq hədəfi və digər əməkdaşlıq layihələri barədə analitik rəy öz əksini tapır.

Məqalə ilə tanış olmaq üçün müvafiq linkə daxil ola bilərsiniz: https://www.dailysabah.com

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.