“Daimler” və “Commerzbank” yeni pilot layihəyə başlayırlar

“Commerzbank” alman avtomobil nəhəngi “Daimler” ilə tərəfdaşlığa girərək “Daimler Truck Wallet” pilot layihəsinə başlayıb. Bu layihə tənzimləyici orqan olan Almaniyanın maliyyə sektoruna nəzarət üzrə federal idarəsi (BaFin) tərəfindən təsdiqlənib.

“Commerzbank” daimi müştərisi olduğu “Corda” şirkətinin blockchain texnologiyasından istifadə edərək, yük maşınlarına əlavə vaxt itirmədən yanacaqdoldurma, gömrük və digər ödənişlərini həyata keçirməyə imkan verəcək texnologiyanın yaradılmasında qərarlıdır.

“Daimler Trucks” şirkətindən mətbuata bildirilib ki, gələcəkdə bir yük maşınından digərinə ödənişin mümkünləşdirilməsi üçün “Daimler Truck ID” texnologiyasının yaradılmasına başlanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır