Danimarkanın ən böyük banklarından biri olan “Danske Bank” Rusiyadakı və başqa yerlərdəki cinayətkarlardan ABŞ maliyyə sisteminə pul sızdırmaq üçün Amerika banklarını aldatmaqda təqsirli bilinib. Bank cinayətini qəbul edib və ABŞ-a 2 milyard dollar cərimə ödəyəcək.
BBN.az NBC News TV proqramına istinadən xəbər verir ki, bu haqda çərşənbə axşamı Ədliyyə Nazirliyindən bildirilib.
Bank, eyni zamanda 2007-2015-ci illər arasında 200 milyard avro (bugünkü məzənnə ilə 212 milyard dollar) vəsaitin yuyulmasında da ittiham edilirdi, qalmaqal isə 2018-ci ildə baş vermişdi.