Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Daşıma xidmətlərini həyata keçirən sahibkarlıq subyektlərinin nümayəndələri ilə görüş keçirilib - BBN

Daşıma xidmətlərini həyata keçirən sahibkarlıq subyektlərinin nümayəndələri ilə görüş keçirilib

Maarifləndirici görüşdə istehlakçı hüquqlarının qorunması sahəsində sahibkarların öhdəlikləri diqqətə çatdırılıb, müştəri məmnuniyyətinin təmin olunması və qanunvericiliyin tələbləri istiqamətində müzakirələr aparılıb.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində daşıma xidmətləri sahəsində istehlakçı hüquqlarının cari vəziyyəti və mövcud problemlərin müzakirəsi məqsədilə bu istiqamətdə fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə növbəti maarifləndirici görüş keçirilib.

 

Görüş zamanı sahibkarlara istehlakçılardan daxil olmuş müraciətlər, ən çox şikayət olunan sahələr üzrə aparılan təhlillər və araşdırmalar barədə ətraflı məlumat verilib. Sözügedən sahədə mövcud problemlərin aradan qaldırılmasının ən effektiv yolu kimi dövlət-özəl tərəfdaşlığı çərçivəsində sahibkarlarla qarşılıqlı əməkdaşlığa üstünlük verildiyi vurğulanıb.

 

Tədbir zamanı istehlakçılara təqdim olunan xidmətlərin, xüsusilə də daşıma tariflərinin qiymətlərinin manatla göstərilməsi, daşıma haqlarının hesablanması qaydası barədə istehlakçılara dəqiq və düzgün məlumatların verilməsi, təhvil məntəqələrində bağlamaların ölçü və çəkisinin müəyyən edilməsi məqsədilə standartlara uyğun nəzarət-ölçmə vasitələrinin yerləşdirilməsi, istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlərin müqavilələrə daxil edilməsinin yolverilməzliyi, eyni zamanda istifadə olunan ölçmə vasitələrinin dövri yoxlamadan keçirilməsinin zəruriliyi sahibkarların diqqətinə çatdırılıb.

 

Görüş çərçivəsində daşıma xidmətləri sahəsində mövcud olan çatışmazlıqlar, istehlakçıların üzləşdiyi əsas problemlər və onların həlli yolları ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb, sahibkarların sualları cavablandırılıb və praktiki məsələlərə dair tövsiyələr verilib.

Related posts

Azərbaycanın turizm imkanları Türkiyədə keçirilən beynəlxalq sərgidə təqdim olunur

AQEM-ə üzv ölkələr KOB-ların yaşıl iqtisadiyyata keçidinə dair təcrübələrini bölüşüblər

“ASAN xidmət” qlobal məkanda nümunə kimi təqdim olunur

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı