Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Daşınmaz əmlakın qeydiyyatı məsələləri ilə bağlı Şamaxıda vətəndaş qəbulu keçiriləcək - BBN

Daşınmaz əmlakın qeydiyyatı məsələləri ilə bağlı Şamaxıda vətəndaş qəbulu keçiriləcək

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini Elvin Məmmədov iyulun 12-də publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin inzibati binasında (ünvan: Şamaxı şəhəri, Gənclər küçəsi, 22A) Ağsu, Şamaxı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edəcək.
Saat 11:00-dan etibarən keçiriləcək qəbulda vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.
Qəbula gəlmək istəyənlər 14 saylı Şamaxı Ərazi İdarəsinə (telefon: (020) 26-5-01-07 (daxili 10) və 050-571-46-41) və 14sayli@emlak.gov.az elektron ünvana müraciət edə bilərlər.

Related posts

Bakıda Türk Dövlətləri Təşkilatı hökumət başçılarının görüşü keçirilir

ABA-nın “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun üzvü İlham Hüseynov “Arbitration for Business Impact” adlı tədbirdə çıxış edib

Azərbaycan ilə Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı