Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin İdarə Heyətinin sədri Cəlilabadda vətəndaşları qəbul edəcək - BBN

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin İdarə Heyətinin sədri Cəlilabadda vətəndaşları qəbul edəcək

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova dekabrın 11-də Cəlilabad şəhərində Heydər Əliyev Mərkəzinin inzibati binasında (ünvan: Cəlilabad şəhəri, Heydər Əliyev Prospekti 242) Cəlilabad, Biləsuvar, Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edəcək.

Saat 11:00-dan etibarən keçiriləcək qəbulda vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.

Qəbula gəlmək istəyənlər (012) 510-84-30 (daxili:72-65) nömrəli telefonla və ya rsalmanli@emlak.gov.az  elektron poçt ünvanı vasitəsilə, həmçinin qurumun 8 saylı Cəlilabad Ərazi İdarəsinə (telefon: 055 2494923, elektron ünvan: dedkr.8sayli@emlak.gov.az) 10 dekabr saat 18:00-dək müraciət etməklə qeydiyyatdan keçə bilərlər.

Related posts

“Minimum əmək haqqının avtomatik indeksasiyası sosial sabitliyin əsas təminatıdır” -EKSPERT DANIŞDI

İrandan idxal edilən məhsulların bahalaşmaması üçün nə etmək lazımdır? – Açıqlama

İran–ABŞ müharibəsi qlobal indeksləri silkələdi: Asiya və ABŞ fyuçersləri enişdə, neft bahalaşır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı