“Daxili Audit” üzrə Ekspert Qrupunun növbəti görüşü keçirilib

“Kapital Bank ASC”-nin baş ofisində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Daxili Audit” Ekspert Qrupunun növbəti iclası keçirilib.

Tədbir Ekspert Qrupunun sədri Elgün Qurbanovun açılış nitqi ilə başlayıb. Daha sonra “Bank Respublika” ASC-nin Daxili Audit departamentinin əməkdaşı Ülfət Sultanlı banklarda daxili audit bölmələrinə auditorların işə qəbul prosesi və buna dair tələblər, “Bank of Baku” ASC-nin Daxili audit departamentinin əməkdaşı Qoşqar Qaffarov Banklarda AML ilə bağlı daxili audit fəaliyyəti mövzusunda çıxışlar edilmişdir. Bundan sonra Ekspert Qrupunun fəaliyyəti üzrə məsul şəxs Fərid Orucov Banklarda həyata keçirilən audit yoxlamaları nəticəsində tədbirlər planlarının hazırlanması və onların izlənilməsi mövzusunda çıxış etmiş və ardınca  Qrup üzvləri tərəfindən mövzuya dair fikirlər səsləndirilməklə təcrübə mübadiləsi aparılıb.

Sonda Ekspert Qrupunun sədri Elgün Qurbanov növbəti görüş reqlamentinin müəyyən edilməsi ilə bağlı bağlanış nitqi ilə çıxış edib.

Xatırladaq ki, Daxili audit ekspert qrupunun yaradılması haqqında qərar 16 yanvar 2019-cu il tarixində ABA-nın Rəyasət Heyətinin iclasında qəbul edilib.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır