Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Daxili bazar araşdırması üzrə KOB-lara dövlət dəstəyi göstərilir - BBN

Daxili bazar araşdırması üzrə KOB-lara dövlət dəstəyi göstərilir

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq, ölkəmizdə rəqabətqabiliyyətli istehsalın stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarının aparılması üçün mikro, kiçik və orta sahibkarlıq (KOB) subyektlərinə informasiya və maliyyə dəstəyi göstərilir.

2019-cu ildə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) daxili bazar araşdırmaları üzrə KOB subyektlərindən daxil olmuş 8 müraciətə müsbət qərar verilib. Müraciətlər daxili bazar araşdırmasının aparılması üçün “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq prosedurdan sonra konsaltinq şirkətlərinə yönləndirilib. Daxili bazar araşdırmaları birdəfəlik plastik və kağız qabların, alüminium folqadan qapaqların, fındıq və quru meyvə batonlarının, kağız məmulatların və termal kağızların, mühafizə üçün texnoloji avadanlıqların istehsalı, eləcə də süd və süd məhsulları üçün avadanlıqlar, çörək istehsalı, turizm sektorunda nəqliyyat xidməti sahələrini əhatə edir.

Qeyd edək ki, mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80%-i, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50%-i dövlət tərəfindən qarşılanır. Orta sahibkarlıq subyektləri isə ödənişsiz təlim və seminarlardan, informasiya dəstəyindən yararlana bilər. Daxili bazar araşdırmalarının aparılması üçün dəstək tədbirləri KOBİA tərəfindən təşkil edilir. Sahibkarlar bu barədə ətraflı məlumatı KOBİA-nın rəsmi internet səhifəsində yaradılmış xüsusi bölmədən (http://smb.gov.az/nav/daxili-bazar-arasdirmalari) əldə edə bilərlər.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı