Daxili bazar araşdırmasının aparılmasında hansı hüquqi və fiziki şəxslər iştirak edə bilər?

Universitetlər, institutlar, xüsusi araşdırma və təhlil mərkəzləri, konsaltinq şirkətləri, eləcə də bu sahədə ixtisaslaşmış digər hüquqi və fiziki şəxslər daxili bazar araşdırmasının aparılmasını həyata keçirə bilərlər.

Yeni biznesə başlamaq, yeni məhsul və xidmətlər istehsal etmək istəyən sahibkarlar işə mövcud bazarı araşdırmaqla başlamalıdır. Bunun üçün ən yaxşı vasitə müvafiq sektor üzrə sahibkarı lazımi informasiya ilə təmin edən, onu yarana biləcək risklərdən sığortalayan daxili bazar araşdırmasıdır.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən (KOBİA) sahibkarların müraciətləri və onların ehtiyacları nəzərə alınmaqla Agentliyin təşəbbüsü ilə mütəmadi olaraq daxili bazar araşdırmaları aparılır. İndiyədək 51 daxili bazar araşdırması aparılıb.

Daxili bazar araşdırmasının aparılması “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tender yolu ilə həyata keçirilir. Tenderdə ixtisaslaşmış yerli və xarici hüquqi və fiziki şəxslər (fərdi sahibkarlar) iştirak edə bilərlər. Buraya universitetlər, institutlar, xüsusi araşdırma və təhlil mərkəzləri, konsaltinq şirkətləri, eləcə də bu sahədə ixtisaslaşmış digər hüquqi və fiziki şəxslər aiddir.

Qeyd edək ki, yeni biznesə, məhsul və xidmət istehsalına başlamazdan əvvəl aparılan daxili bazar araşdırması sahibkara sektorun inkişafı, istehsal və ixrac imkanları, lazım olan işçi qüvvəsi, satış, rəqiblər, sənədləşdirmə, istehlakçıların fikirləri, qiymət, dövlət dəstəyi tədbirləri və s. barədə ətraflı məlumat verir. Müvafiq məlumatlar isə sahibkara sonradan yarana biləcək riskləri görməyə və qabaqlayıcı tədbirlər görməyə imkan yaradır. KOB subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması, özəl sektorda məhsul istehsalının artırılması, rəqabətqabiliyyətli məhsullar istehsal edən yeni müəssisə və obyektlərin yaradılması məqsədilə sahibkarlara daxili bazar araşdırmasının aparılması üçün dövlət tərəfindən 20 min manata qədər dəstək göstərilir. Mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80%-i, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50%-i dövlət tərəfindən ödənilir.

Daxili bazar araşdırması mexanizmi üzrə dövlət dəstəyi KOBİA tərəfindən təmin edilir. Yeni məhsul və xidmətlər yaratmaq, biznesini genişləndirmək istəyən sahibkarlar daxili bazar araşdırmasının aparılması üçün KOBİA-nın internet saytındakı müvafiq ərizə formasını dolduraraq Agentliyə birbaşa və ya elektron qaydada müraciət edə bilərlər.

Related posts

Ağdam Sənaye Parkının rezidentlərinin sayı 29-a çatıb

2024-cü ilin ilk 11 ayında özəlləşdirmə və icarədən dövlət büdcəsinə 142,7 milyon manat vəsaitin ödənilməsi təmin edilib

Nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsi hədəflənir – Video

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı