Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Daxili İşlər Nazirliyi (DİN) vətəndaşları kibertəhlükələrə qarşı ehtiyatlı olmağa çağırıb. - BBN

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşları kibertəhlükələrə qarşı ehtiyatlı olmağa çağırıb.

Nazirlikdən verilən məlumata görə, dələduzlar telefon zəngi, mesaj və ya göndərdikləri link vasitəsilə insanları aldatmaq üçün müxtəlif üsullara əl atırlar. Onlar belə bildirirlər: “Mütəxəssislərimiz kartınıza kibermüdaxilə aşkar edib, kartınızdakı vəsait hər an oğurlana bilər. Xahiş edirik, pulunuzun təhlükəsizliyi üçün kart məlumatlarınızı təqdim edin” — və bu yolla vətəndaşlardan kart məlumatlarını tələb edirlər.

DİN xəbərdarlıq edir ki, dələduzlar hətta görüntülü zəng edərək vətəndaşı daha da inandırmağa, telefonun dilini dəyişdirərək və təlimatlar verərək kartdakı vəsaiti oğurlamağa çalışa bilərlər. Nazirlik bir daha xatırladır ki, heç bir halda bank əməkdaşı vətəndaşa zəng edib ondan bank kartının məxfi şifrələrini tələb etmir, həmçinin bunun üçün link, SMS və ya elektron məktub göndərmir.

Nazirliyin açıqlamasında qeyd olunub ki, bank əməkdaşı yalnız aşağıdakı məlumatları tələb edə bilər: kartın ilk və ya son 4 rəqəmi, sistemdə qeydiyyatda olan əlaqə nömrəsi və şəxsiyyət vəsiqəsinin FİN kodu.

DİN vətəndaşlara tövsiyə edir:

  • Kartınızın tam nömrəsini, PİN, CVV, OTP və digər məxfi məlumatları heç kimə verməyin;

  • Belə məlumat tələb edən və ya şübhəli link/sms göndərən şəxslərə inanmayın;

  • Şübhələndiyiniz zaman zəngi dərhal sonlandırın və bankın rəsmi nömrəsi ilə əlaqə saxlayın.

“Gəlin, kartımızın təhlükəsizliyini birlikdə qoruyaq!” — deyə nazirlik bildirir.

Related posts

Qüdrət Həsənquliyev: Kibercinayətkarlığa görə cəzalar sərtləşdirilməlidir

Nazir Rəşad Nəbiyevin İsrailə səfəri çərçivəsində süni intellekt sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Kiber­təhlükəsizlik bazarının inkişaf proqnozu: dünya, Avropa, Rusiya və MDB – 2026 Ümumi mənzərə

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı