Dayanıqlı dövlət borcu və büdcə sabitliyini təmin edən makro-fiskal çərçivə müzakirə olunub

Avqustun 24-də maliyyə naziri Samir Şərifovun sədrliyi ilə “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 27 fevral tarixli Sərəncamı ilə yaradılmış Dayanıqlı dövlət borcu və büdcə sabitliyini təmin edən makro-fiskal çərçivə üzrə Alt İşçi Qrupun video formatda iclası keçirilib. 

İclasda alt İşçi Qrupun tərkibinə daxil olan dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən yeni qlobal iqtisadi reallıqlara və çağırışlara uyğun olaraq büdcə qaydası tətbiqinin bərpası və təkmilləşdirilməsi, habelə dövlət borcunun idarəedilməsi strategiyasının yenilənməsi ətraflı müzakirə olunub, orta və uzunmüddətli dövr üçün makro-fiskal çərçivəni formalaşdıran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı