“Dayanıqlı şəhərlər və binalar” mövzusunda vebinar keçirilib

Azərbaycan-Türkiyə Enerji Forumu çərçivəsində fəaliyyət göstərən “Bərpa olunan enerjidən istifadə” üzrə İşçi Qrupun təşəbbüsü ilə “Dayanıqlı şəhərlər və binalar” mövzusunda vebinar keçirilib.

Vebinarda Türkiyənin Çankaya Universitetinin dosenti Dr. Gülsu Ulukavak Harputlugil tərəfindən dayanıqlı şəhərlərin tətbiqində iqlim məsələləri, binaların isidilməsində günəş enerjisindən istifadə, enerji səmərəliliyi, karbon qazı emissiyalarının azaldılması tədbirləri və digər məsələlərlə bağlı məlumat verilib. Qarşılıqlı müzakirələr əsasında baş tutan vebinarda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

Vebinarda Energetika Nazirliyi, yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (AREA), tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA), “Azərenerji” ASC və “Azərişıq” ASC-nin əməkdaşları da iştirak ediblər.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı