Debatı H. Klinton qazandı

ABŞ-da 8 noyabr tarixində keçirilməsi planlaşdırılan seçkilər qabağı Respublikaçıların nümayəndəsi Donald Tramp və Demokratların namizədi Hilari Klinton prezidentlik debatında qarşı-qarşıya gəldilər.

New Yorkda Hofstra Universitetində baş tutan müzakirə daha çox iqtisadiyyat və İŞİD-lə mübarizə üzərində cəmləşib.

CNN-in anketinə görə, Hilari Klinton rəqibini 67-nin 27-yə nisbətində qabaqlayaraq günün qalibi olub.

Qeyd edək ki, bu müzakirə prezidentlik debatları içərisində ən çox izlənəni olaraq rekorda imza atıb. Belə ki,  100 mln. amerikalı müzakirəni izləyərək namizədlərin performansına tamaşa edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır