Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Dekabrın 19-da keçirilən hərracda 13 nəqliyyat vasitəsi satılıb - BBN

Dekabrın 19-da keçirilən hərracda 13 nəqliyyat vasitəsi satılıb

Dekabrın 19-da keçirilən hərraca çıxarılan əmlaklara 75 sifariş qəbul edilib. Hərrac rəqabətli keçib.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 13 nəqliyyat vasitəsi satılıb. Rəqabətli keçən hərracda “Şkoda Superb” markalı avtomobilin start qiyməti 4.250 manat olsa da, son təklif 8.500 manata yüksəlib. Start qiyməti 4.600 manat olan “Nazlifan” markalı nəqliyyat vasitəsi 7.850 manata özəlləşdirilib.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/37CEJ6 linki vasitəsilə tanış olmaq olar.
İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyərək iştirakçı statusu əldə etmək olar.

Related posts

Mərkəzi Bankdan pul siyasəti üzrə yeni qərar gözlənilir

ING 2026-cı il üçün Azərbaycanın cari əməliyyatlar hesabının profisiti üzrə gözləntilərini artırıb

Azərbaycanda manatın məzənnəsi 2028-ci ilə qədər sabit qalacaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı