“Deloitte” “Bistech”i tərkibinə qatıb

Müştərilərinə audit, maliyyə, risk, vergi sahələri üzrə profesional xidmətlər təklif edən “Deloitte Touche Tohmatsu Limited” bulud texnologiyaları və IT təhlükəsizlik sahəsində ixtisaslaşan data analitikası şirkəti “Bistech”i satın alıb.

Satınalma nəticəsində “Bistech” şirkətinin həmtəsisçiləri Shane Morgan, Justin Hoareau və Brad Culbert “Deloitte” şirkətinə konsaltinq sahəsində rəhbər vəzifələrə təyin olunublar. Bununla yanaşı, şirkətin 17 konsultantı “Deloitte” Brisbane şəhərində yerləşən ofisində fəaliyyətlərinə davam edəcəklər.

“Böyük Dördlük” üzvü olan “Deloitte” şirkətindən verilən açıqlamada, data analitikası sahəsində irəliləmək və biznes qərarlarını bulud texnologiyası və müasir analitika həllərinin istifadəsi nəticəsində vermək məqsədilə şirkətin satınalmanı həyata keçirdiyi bildirilib.

Qeyd edək ki, konfidensiallıq səbəbindən satınalma razılaşmasının detalları açıqlanmayıb.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı