“Delta Telecom LTD” internetlə bağlı yaranmış problemə aydınlıq gətirdi

Azərbaycanın bir sıra KİV-də və sosial şəbəkələrdə ölkənin internet təminatında və milli serverlərdə dünən qısamüddətli fasilələrlə kəsintilər yaranması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Təxirəsalınmaz profilaktik tədbirlərin həyata keçirilməsi zamanı rezervlənməmiş xətlərdən istfadə edən müştərilərdə yaranan kiçik problemlər olmuşdur ki, bunun məsuliyyətini müəssisəmiz daşımır və bu problemlər artıq axşam saatlarında aradan qaldırılmışdır. Əgər hər hansı bir müştəri götürdüyü xidməti və ya istifadə etdiyi avadanlığı rezervləmirsə müxtəlif səbəblərdən, eləcə də profilaktik tədbirlərin keçirilməsi zamanı xidmətin qısa müddətli dayanması labüddür.
“Delta Telekom LTD”MMM olaraq bildiririk ki, xidmətdə yaranan fasilə ilə bağlı gün ərzində hər hansı bir mətbuat vasitəsi, rəsmi və ya özəl qurumdan sorğu daxil olmamışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır