“Dəmirbank”ın kreditorlarına müraciət edilib

Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin 6 mart 2018-ci il tarixli qərarına əsasən, ləğv prosesində olan “DəmirBank” ASC-nin kreditorlarının tələblərinin qeydiyyatı əlavə 30 təqvim günü müddətinə uzadılıb.

Ləğv prosesində olan “DəmirBank” ASC-nin kreditorları öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

–       kreditorun adı və ünvanı;

–       tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;

–       tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

Daha ətraflı məlumat üçün keçiddən istifadə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır